- Köhnə - Kriminal
- 21 İyun 2013 11:34
- 1 551
Dünən meyiti tapılan şəxsin kimliyi müəyyənləşib- Bakıda
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nərimanov rayonu Daş Karxanası küçəsində Ordubad rayon sakini Rasim Nağıyevin üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti tapılıb.
Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələ müəyyənləşməyib. Faktla bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir.
AzNews.az