350 məhbus özünü doğradı

İrkutskda hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarının cəza çəkdiyi islah -əmək düşərgəsində 350 məhbus eyni zamanda etiraz olaraq özünə xəsarət yetirib. Vəziyyət səhər yoxlaması zamanı aşkar edilıb.

Məhbuslar koloniyaya jurnalistlərin çağırılmasını tələb ediblər.

Hadisə koloniyaya ictimai müşahidə komissiyasının rəhbəri Oleq Safronovun gəlişindən 2 gün sonra baş verib. O.Safranov məhbusların aşağı əmək haqqı və mağazada qiymətlərin qaldırılmasından şikayət etdiyini bildirib.

Bundan əvvəl məhbusların qiyam qaldırdığı və ərazinin mühasirəyə alındığı bildirilirdi.

Elnarə
AzNews.az