Bakıda külünglə qətl

Bakı şəhərində 21 yaşlı oğlan külünglə bir nəfəri öldürüb, digərinə isə xəsarət yetirib.

Paytaxtın Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun M. Rüstəmov küçəsində, 4/6 saylı binanın qarşısında baş verib.

Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Şirvani Səid oğlu Əhmədov şəxsi münasibətlər zəminində Nicat adlı şəxsə külünglə müxtəlif xəsarətlər yetirib. Nicat aldığı xəsarətlərdən xəstəxanada keçinib. Ş. Əhmədov bundan əlavə, Cəlilabad rayon sakini, 1980-ci il təvəllüdlü Samir Babayevə də külünglə xəsarət yetirib. S. Babayev xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən Ş. Əhmədovun tutulması istiqamətində iş aparılır.

AzNews.az