Həmkəndlilər bir-birini güllələdi: 1 ölü

Beyləqan rayonunda həmkəndlilər bir-birini güllələyib.


Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Əhmədbəyli kəndində meşəlikdə ov zamanı qeydə alınıb.

Ramal Əhmədov və onun həmkəndlisi Rafiq Vəliyev ehtiyatsızlıqdan bir-birlərinə atəş açıblar. Nəticədə R. Əhmədov ölüb, R. Vəliyev isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az