Erməni qadının çürümüş meyiti tapıldı- Bakıda

Bakıda erməni qadının meyiti çürümüş halda yaşadığı evdən tapılıb.

Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.

Məlumat görə, bu gün Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, məhəllə 4048/49 ünvanında yaşayan sakinlər mənzillərin birindən pis qoxu gəlməsi barədə polisə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları mənzilin qapısını qıraraq içəri daxil olarkən çürümüş qadın meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyitin şəxsiyyəti müəyyənləşib. Dünyasını dəyişən qadının 1934-cü il təvəllüdlü, milliyyətcə erməni olan Baqdasarova Roza Baykovna olduğu məlum olub.

Polisdən həmçinin bildirilib ki, Roza Baqdasarova övladları ilə danışmırmış. Onun 15 gün əvvəl dünyasını dəyişdiyi ehtimal edilir.

AzNews.az