Alparslan Türkeşi ermənilər öldürüb – Şok iddia

Türkiyə bozqurdlarının lideri, MHP-nin qurucu Alparslan Türkeşin ölümü ilə bağlı yeni iddia ortaya atılıb.

A.Türkeşin ölümündən əvvəl Ermənistana səfər etdiyini deyən jurnalist Fatih Tezcanın sözləri mətbuatda geniş əks-səda doğurub.

"Turqut Özalın Orta Asiyaya səfərdən sonra öldürüldüyünü danışırsınız, ancaq Alparslan Türkeşin Ermənistanla təmasından sonra sonra öldürüldüyündən danışmırıq" deyə vurğulayıb. Beləliklə də A.Türkeşin ermənilər tərəfindən öldürülməsi ehtimalını gündəmə gətirilib.

Elnarə
AzNews.az