Soyğunçuluğa görə saxlanan şəxsdən narkotika tapılıb

Nəsimi rayonunun ərazisində naməlum şəxs Masallı rayon sakini Fərid Nuriyevə qarşı zor tətbiq edərək içərisində 281 manat olan pul kisəsini ondan alıb.
AzNews.az bildirir ki, hadisəni törətmiş Bakı şəhər sakini Şahin Şirinov Baş Cinayət-Axtarış İdarəsi və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Ondan 0,601 qram heroin götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

AzNews.az