“Avesta” Konsernindən pul oğurlayanlar həbs edildi

Bakıda "Avesta" Konserninin xəzinədarını hədələyərək külli miqdarda pul aparan şəxslər barədə həbs qətimkan tədbiri seçilib.

APA-nın məlumatına görə, bu gün Nərimanov Rayon Məhkəməsində Fizuli Nəbiyev və Əlizamin Əliyev barəsində 3 ay müddətinə həb qətimkan tədbiri seçilməzi barədə qərar qəbul olunub.

Onlar Cinayət Məcəlləsinin 181.3.2 (quldurluq-külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) təqsirli bilinir.

Qeyd edək ki, dekabrın 6-da Nərimanov rayonu Məmməd Araz küçəsində yerləşən "Avesta" Konserninə girmiş Əlizamin və Füzuli adlı şəxslər orada xəzinədar işləyən Bakı şəhər sakini Vüqar Babayevi xəncərlə hədələyərək xəzinədə olan 135.000 manat pulu götürüb "İnfiniti" markalı avtomobildə gediblər.

Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən həmin şirkətin mühafizəçisi Füzuli Nəbiyev və Neftçala rayon sakini Əlizamin Əliyev tutulublar.


AzNews.az