Bakının Xəzər rayonunda baş verən bıçaqlanma hadisəsini törədən şəxs polis tərəfindən saxlanılıb. Bakının Xəzər rayonunda baş verən bıçaqlanma hadisəsini törədən şəxs polis tərəfindən saxlanılıb.

Bıçaqlanan ailənin 4 üzvündən 1-i öldü - Şübhəli şəxs saxlanıldı (YENİLƏNİB 2)

Bakının Xəzər rayonunda baş verən bıçaqlanma hadisəsini törədən şəxs polis tərəfindən saxlanılıb.



Xəzər Rayon Prokurorluğundan AzNews.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Nahid Vahid oğlu Qədəşov tutulub.

Hadisənin nə zəmində baş verməsi araşdırılır.

***
10:30

Bakının Xəzər rayonunda baş verən bıçaqlanma hadisəsinin təfərrüatları bəlli olub.

AzNews.az-ın məlumatına görə, hadisə ötən gecə saat 21.00 radələrində baş verib.

Hadisə Xəzər rayon Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 88-də baş verib.

Hadisə zamanı 1965-ci il təvəllüdlü Abdullayeva Ülkər Eynulla qızı, 1962-ci ildə doğulan Abdullayev Tərlan Rəhman oğlu, onun övladı 1987-ci il təvəllüdlü Abdullayev Rəhman Tərlan oğlu və 1988-ci ildə doğulmuş Qədəşov Cahid Vahid oğluna bıçaqla xəsarət yetirilib.

Xəsarət alan şəxslər 22.30 radələrində Sabunçu rayon Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Bıçaqlanan şəxslər dərhal cərrahi əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq, Abdullayeva Ülkər Eynulla qızı dünyasını dəyişib.

Hadisənin Ülkər Abdullayevanın həyat yoldaşı tərəfindən törədildiyi ehtimal olunur.

AzNews.az

***
10:18

Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsində bir ailənin 4 üzvü bıçaqlanıb.

Hüquq mühafizə orqanlarından AzNews.az-a verilən məlumata görə, bıçaqlanan şəxslərdən 3-ü kişi 1-i isə qadındır.

Xəsarət alan ailə üzvləri 3 saylı Sabunçu Klinik Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səyi nəticəsində bıçaqlanan şəxslərin həyatını xilas etmək ümükün olub.

Faktla bağlı cinayyət işi açılıb.

Amid
AzNews.az