Bakıda ər keçmiş həyat yoldaşını bıçaqladı

Bakıda ər keçmiş həyat yoldaşını bıçaqlayıb.



AzNews.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 19-da Sabunçu qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Ceyhun Məmmədov mübahisə zəminində keçmiş həyat yoldaşı Rəsmiyyə Məmmədovaya bıçaq xəsarəti yetirib.

C.Məmmədov Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.