- Köhnə - Kriminal
- 13 Oktyabr 2014 12:25
- 3 872
Qadınların pullarını oğurlayan Ülkər həbs edildi
Bakıda davamlı olaraq qadınların pullarını oğurlayan şəxs həbs olunub.
AzNews.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən "Qafqazinfo"ya daxil olan xəbərə görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlarda şübhəli bilinən Zaqatala rayon sakini, 1984-cü il təvəllüdlü Ülkər Əzizova yaxalanıb.
Müəyyən edilib ki, o, sentyabrın 25-də Azadlıq prospektində yerləşən ticarət mərkəzində olan mağazanın paltar dəyişmə otağından Gülbəniz Cəfərovanın içərisində 600-800 manat, 400 ABŞ dollar, şəxsiyyət vəsiqəsi və 3 ədəd kredit kartı olan əl çantasını, sentyabrın 28-də Azadlıq prospektində yerləşən mağazalardan birində Xırdalan şəhər sakini İnci Talıbovaya məxsus mobil telefonu naməlum şəraitdə oğurlayıb.
Bundan əlavə o, oktyabrın 2-də Azadlıq prospektində yerləşən ticarət mərkəzində paltar dəyişmə otağında Bakı şəhər sakini Afaq Həsənzadənin içərisində bankomat kartı, ev açarları, 480 manat, 400 türk lirəsi, 35000 rubl olan pul kisəsini, oktyabrın 4-də Bakı şəhər sakini Aynur Qiyasovanın içərisində 500 manat olan pul kisəsini, Şərur rayon sakini Lətifə Məmmədovanın içərisində 105 manat, şəxsiyyət vəsiqəsi və 3 ədəd sim nömrə kartı olan pul kisəsini, oktyabrın 8-də həmin ticarət mərkəzində Mahiyət Əzimovanın əl çantasından içərisində 262 manat və şəxsiyyət vəsiqəsi olan pul kisəsini, oktyabrın 11-də isə Sabina Süleymanovanın əl çantasından içərisində 37 manat və şəxsiyyət vəsiqəsi olan pul kisəsini talayıb.