- Köhnə - Kriminal
- 2 Fevral 2015 14:00
- 4 009
Dünən axtarışda olan 3 nəfər həbs edildi
Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 63 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.
AZNEWS.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 25 nəfər tutulub..