- Köhnə - Kriminal
- 5 Fevral 2015 12:08
- 3 623
Azərbaycanda dünən 34 cinayətin üstü “isti izlər”lə açıldı
Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 77 cinayət faktı qeydə alınıb, onların da 34-ü “isti izlər”lə açılıb.
AZNEWS.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 37 nəfər tutulub.