- Köhnə - Kriminal
- 9 Fevral 2015 13:07
- 4 045
33 cinayətin üstü “isti izlər”lə açılıb – Dünən
Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 51 cinayət faktı qeydə alınıb, onların da 33-ü “isti izlər”lə açılıb.
AZNEWS.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.