- Köhnə - Kriminal
- 13 Fevral 2015 12:41
- 4 827
Bu dələduzları polis ələ keçirdi – SİYAHI
Mərdəkan qəsəbəsi ərazisində yerləşən "Unibank”a məxsus bankomatdan Vahid Sadata məxsus bankomat kartından 2964 manatını çıxaran Bakı şəhər sakini Elxan Cahangirov tutulub.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Elxan Cahangirov Xəzər RPİ 1-ci PB əməkdaşları tərəfindən ələ keçirilib.
Sabunçu rayonunun Maştağa qəsəbəsindən Bakı şəhər sakini Habil Abdullayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi Elvin Cavadov saxlanılıb.
Cari il yanvar ayının 15-dən fevral ayının 12-dək olan müddətdə Binəqədi rayonu ərazisində yaşayan Əmrah Aslanovun mənzilindən qızıl əşyalar oğurlanıb. Binəqədi RPİ 5-ci PB əməkdaşları hadisəni törədən Xırdalan şəhər sakini Fuad Verdiyevi tutublar.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Elnur Qarayevə məxsus mağazadan 800 manat oğurlayan Bakı şəhər sakini Rizvan Tarverdiyev ələ keçirilib.
Balakən rayonunda Şəfiqə Bodayevaya məxsus mağazadan 100 manat, danışıq kartları, spirtli içki və tütün məmulatı oğurlayan rayon sakinləri Kənan Saramanov və Asif Qallacov tutulublar.
Fevralın 5-də oğurluq etdiyinə görə tutulan Xaliq Məmmədovun ətrafında Baş Cinayət-Axtarış İdarəsi, Gəncə ŞBPİ və Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2014-cü il dekabr ayının 30-da Biləsuvar şəhərində şəhər sakini Azad Aslanova məxsus mağazadan danışıq kartları və tütün məmulatı oğurlaması da müəyyən edilib.