- Köhnə - Kriminal
- 17 Fevral 2015 13:28
- 3 537
Axtarışda olan 16 nəfər tutuldu
Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 73 cinayət faktı qeydə alınıb, onların da 39-u “isti izlər”lə açılıb.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 47 nəfər tutulub.