57 yaşlı paytaxt sakini Elman Sadıxov çoxsaylı bıçaq xəsartləri ilə 1 saylı şəhər xəstəxanasına aparılıb. 57 yaşlı paytaxt sakini Elman Sadıxov çoxsaylı bıçaq xəsartləri ilə 1 saylı şəhər xəstəxanasına aparılıb.

Oğul atasını bıçaqladı- Bakıda

57 yaşlı paytaxt sakini Elman Sadıxov çoxsaylı bıçaq xəsartləri ilə 1 saylı şəhər xəstəxanasına aparılıb.


Kəpəz TV xəbər verir ki, Bədənin müxtəlif nahiyələrində kəsilmiş-deşilmiş yara alan Elman Sadıxov dərhal əməliyyata götürülüb.

Bu müddət ərzində isə, polisə də məlumat verilib. Məlum olub ki, 57 yaşlı kişi yaşadığı 20-ci sahə, Yurbəy Mürsəlov küçəsindəki evində bıçaqlanıb. Elman Sadıxovun qanını isə onun doğma oğlu Kamil axıdıb.

Polislər tərəfindən saxlanılan Kamilin ruhi-əsəb dispanserində qeydiyyatda olduğu məlum olub. Kamil Sadıxovun anasının sözlərinə görə, oğlu bir neçə gün imiş ki, xəstəxanadan evə buraxılıb.

Qanlı hadisənin təfərrüatlarını isə Səbail polisi araşdırır.