Qazaxda dəhşət: sevgilisini güllələyib öldürdü

Hadisə ilə bağlı cinayət işi açılıb


Bu gün Qazax rayonunda törədilmiş qətlin üstü açılıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Qazax şəhərində 29 yaşlı A.Abdulovanın qeyri-rəsmi nikah münasibətində yaşadığı Məcid Veyisov tərəfindən güllələnməsi müəyyən edilib. Təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, qətlin səbəbi araşdırılır.

Qeyd edək ki, M.Veyisov Daş Salahlı kəndinin sakinidir.

``````

19:11

Bu gün Qazax rayonunda dəhşətli qətl törədilib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Qazax şəhərinin mərkəzində, Əliağa Şıxlinski küçəsində 1986-cı il təvəllüdlü Abdulova Aytən Xanəli qızı (ad və soyad şərtidir) güllələnərək qətlə yetirilib.

Hadisənin kim tərəfindən, hansı səbəbdən törədilməsi hələlik məlum deyil.

Faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.