Bakıda oğul atasını öldürdü

Bakıda qətl törədilib.



Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1983-cü il təvəllüdlü Ağaəli Bayraməli oğlu Tağıyev atası, 1958-ci il təvəllüdlü Bayraməli Tağıyevi bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən A. Tağıyev saxlanılıb.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.