Nemtsovu Kadırovun dostu Zaur Dadayev öldürüb – Rus mediası

“Boris Nemtsovu Çeçenistan respublikasının başçısı Ramzan Kadırovun dostu, xüsusi təyinatlı dəstənin üzvü Zaur Dadayev qətlə yetirib”.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Joinfo" saytı rus mediasına istinadən yayıb.
Məlumatda deyilir ki, Rusiya hüquq-mühafizə orqanlarının gəldiyi nəticəyə görə, Nemtsovu Kadırovun dostu, "Şimal" xüsusi təyinatlı dəstəsinin batalyon komandirinin keçmiş müavini Zaur Dadayev öldürüb.
İstifadə edilən silahın tapılmasından sonra isə qətlin onun tərəfindən törədildiyi 100 faiz sübuta yetiriləcək.
Zaur Dadayev dindirilmə zamanı qətli məhz özü təşkil etdiyini vurğulayıb.
Versiyalardan birinə görə, Nemtsov guya islam haqda dediyi kəskin fikirlərinə görə öldürülüb.