Hadisə şahidlərinin verdikləri məlumata görə, dava Yevlax rayonundan gələn gənclər arasında baş verib. Hadisə şahidlərinin verdikləri məlumata görə, dava Yevlax rayonundan gələn gənclər arasında baş verib.

“Sovetski“də kütləvi dava

Hadisə şahidlərinin verdikləri məlumata görə, dava Yevlax rayonundan gələn gənclər arasında baş verib.

Davaya 12 maşınla gələn şəxslər soyuq silahla və armatur parçaları ilə silahlanıblar. Güclü dava zamanı yaralananlar olub.

Kütləvi davanın hansı səbəbdən baş verməsi açıqlanmır. İşi araşdıran Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Anar Dəmirçiyev Milli.Az-a istintaq sirri olduğundan açıqlama verməkdən imtina etdi.

Əldə etdiyimiz məlumata görə, davaya səbəb narkotik olub. Sovetskidə yaşayan narkotacirdən mal alan şəxslər onun saxta və ya keyfiyyətinin aşağı olmasının şahidi olublar. Elə dava da bunun üstündə baş verib.

Hadisə 3 gün əvvəl baş versə də, hadisə mediadan ciddi-cəhdlə gizlədilib. Təfərrüatlar barədə heç bir məlumat verilmir.