18 yaşlı qızı boğub öldürən şəxs təslim oldu

Martın 26-da 1997-ci il təvəllüdlü Gülnarə Mirzəyeavnı boğaraq öldürən şəxs təslim olub.



Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Gəncə şəhər sakini Ruslan Behbudzadə qısqanclıq zəminində Samux rayon sakini Gülnarə Mirzəyevanı boğma yolu ilə qətlə yetirib cəsədini Daşkəsən rayonunun Xoşbulaq kəndinin meşə zolağında basdırıb.

Martın 29-da R.Behbudzadə könüllü olaraq Gəncə ŞBPİ-yə gələrək hadisəni törətməsini etiraf edib. G.Mirzəyevanın meyiti eksqumasiya edilib.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-cı maddəsi ilə cinayət işi başlanılıb.