Azərbaycanın daxili işlər orqanları tərəfindən gGün ərzində 63 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb. Azərbaycanın daxili işlər orqanları tərəfindən gGün ərzində 63 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.

Azərbaycanda 28 cinayət “isti izlər”lə açıldı

Azərbaycanın daxili işlər orqanları tərəfindən gGün ərzində 63 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 40 nəfər tutulub.