Azərbaycanda bir neçə saat əvvəldən başlayaraq həm Facebook, həm də Whatsapp istifadəçilərinin şəxsi mesaj qutularına “Baku 2015” Avropa Oyunlarında “təhlükəsizlik tədbirləri” haqqında informasiyalar göndərilməkdədir. Azərbaycanda bir neçə saat əvvəldən başlayaraq həm Facebook, həm də Whatsapp istifadəçilərinin şəxsi mesaj qutularına “Baku 2015” Avropa Oyunlarında “təhlükəsizlik tədbirləri” haqqında informasiyalar göndərilməkdədir.

Avropa Oyunlarıyla bağlı Bakıda təxribat- Foto

Azərbaycanda bir neçə saat əvvəldən başlayaraq həm Facebook, həm də Whatsapp istifadəçilərinin şəxsi mesaj qutularına “Baku 2015” Avropa Oyunlarında “təhlükəsizlik tədbirləri” haqqında informasiyalar göndərilməkdədir.




AzNews.az xəbər verir ki, həmin informasiyada Azərbaycan vətəndaşlarına müraciət edilərək ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edilir və bir neçə gün əvvəlki yanğın hadisəsi kimi hadisələrin yenə baş verəcəyi istisna edilmir.

Müraciətdə vətəndaşlara təhlükə anında DİN və MTN-in məlum xidməti nömrələri ilə əlaqə saxlamaq tövsiyə olunur.

"Qafqazinfo" bu "xəbərdarlıq" mesajı ilə bağlı araşdırma aparıb. Məlum olub ki, sözügedən mətn təxminən 23 saat əvvəl Azərbaycan Texniki Universitetinin Facebook səhifəsindən yayılmağa başlayıb. Və onun heç bir rəsmi əsası yoxdur. Hüquq-mühafizə orqanları və müvafiq dövlət qurumları vətəndaşlara belə bir xəbərdarlıq etməyib. Hazırda həmin təxribat xarakterli məlumatın hansı məqsədlərlə insanlara ötürüldüyü haqqında araşdırmalara başlanılıb.