Lənkəranda qeydiyyatdan keçməyən dini ədəbiyyat nümunələri müsadirə edilib. Lənkəranda qeydiyyatdan keçməyən dini ədəbiyyat nümunələri müsadirə edilib.

Lənkəranda dini kitablar müsadirə edildi – Qanunsuz olub

Lənkəranda qeydiyyatdan keçməyən dini ədəbiyyat nümunələri müsadirə edilib.



AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Lənkəran rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən oktyabrın 8-də şəhər ərazisində Rövşən Qasımova məxsus mağazaya baxış zamanı 97 ədəd, Tərlan Məhərrəmova məxsus mağazaya baxış zamanı 39 ədəd və Ceyhun Cabbarova məxsus mağazaya baxış zamanı 66 ədəd Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçməyən dini ədəbiyyatlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.