İsveçin rəsmi yayım qurumu (STV) “Eurovision – 2016” iştirakçılarının səhnəyə çıxış sıralarını açıqlayıb. İsveçin rəsmi yayım qurumu (STV) “Eurovision – 2016” iştirakçılarının səhnəyə çıxış sıralarını açıqlayıb.

“Eurovision – 2016”da iştirak sıramız bəlli oldu

İsveçin rəsmi yayım qurumu (STV) “Eurovision – 2016” iştirakçılarının səhnəyə çıxış sıralarını açıqlayıb.


"Qafqazinfo" qurumun rəsmi saytına istinadən xəbər verir ki, sıralama ev sahibi İsveç tərəfindən müəyyənləşdirilib.

Bu məqamda qeyd edək ki, mahnı müsabiqəsində sıralama 2013-cü ilə kimi püşkatma yolu ilə təyin olunurdu.

Sıralamada Azərbaycan təmsilçisi Səmra Rəhimli 1-ci yarımfinalın ikinci hissəsində, 14-cü sırada çıxış edəcək.

"Eurovision" mahnı müsabiqəsinin prodüseri Christer Björkman mövzuyla bağlı açıqlama verib:

"Səhnədə 3 dəqiqə ərzində müğənni əla çıxış etməlidir. Artıq 3 ildir ki, səhnədə çıxışçıların sıralanması ev sahibi olan ölkənin üzərinə düşür. İfaçıların səhnəyə çıxışını sıralayarkən mahnılara da diqqəıt etmişik. Lirik və ritmik mahnıları qataraq rəngarənglik etməyə çalışmışıq".