Mənsum İbrahimov Vyanada konsert verəcək

Xalq artisti Mənsum İbrahimov səfərə hazırlaşır. Bunu AzNews.az-a sənətkarın özü bildirib.

M.İbrahimovun sözlərinə görə, bu dəfə onun səsi Avstriyanın Vyana şəhərindən eşidiləcək: "Vyanada iki gün konsert proqramı ilə çıxış edəcəm. Fevralın 22 və 24-nə təyin edilmiş konsertdə məni rəhbərlik etdiyim Qarabağ Muğam Qurupu müşayiət edəcək. Konsertdə Azərbaycan muğamları ilə yanaşı xalq və bəstəkar mahnıları da səslənəcək".

Bahar Rüstəmli
AzNews.az