Məşhur rus yazıçı-satirik Mixail Jvanetski 1 Aprel “Gülüş günü” münasibətiylə Heydər Əliyev Sarayında çıxış edəcək Məşhur rus yazıçı-satirik Mixail Jvanetski 1 Aprel “Gülüş günü” münasibətiylə Heydər Əliyev Sarayında çıxış edəcək

Məşhur rus yazıçı Bakıda tamaşaçıları güldürməkdən “öldürəcək”

Məşhur rus yazıçı-satirik Mixail Jvanetski 1 Aprel “Gülüş günü” münasibətiylə Heydər Əliyev Sarayında çıxış edəcək



Bu barədə AzNews.az-a sarayın mətbuat katibi Anar Fərəczadə məlumat verib:

"Çoxsaylı digər təkliflərə baxmayaraq, Jvanetski artıq ikinci ildir ki, 1 Aprel "Gülüş günü"nü Bakıda keçirtməyə qərar verib. İki saat davam edəcək yumor gecəsində, satirik yeni və seçilmiş monoloqlarını tamaşaçılara təqdim edəcək".

Qeyd edək ki, konsertin satışa çıxarılan biletlərinin qiyməti 10-50 manat dəyərindədir.

Fuad Mədətov
AzNews.az