Musiqili Komediya Teatrında yeni əsər

Teatr bu dəfə tamaşaçılara Ə.Haqverdiyevin "Kimdir müqəssir?" tamaşasını təqdim edəcək.

Tamaşanın quruluşçusu rejissoru İradə Gözəlova, rəssamı Nabat Səmədovadır. Əsərdə nəzərdə tutulan rəqslər xalq artisti Təranə Muradova və Qalina Semyonovanın quruluşunda təqdim olunacaq. "Kimdir müqəsir?"də əməkdar artist Çingiz Əhmədov, Əkbər Əlizadə, həmçinin tanınmış sənətçilər Ələkbər Əliyev, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Ruslan Mürsəlov, Gültac Əlili, Nigar Qarayeva və başqaları iştirak edəcək.

Qeyd edək ki, tamaşanın premyerası aprel ayına nəzərdə tutulub.

Bahar Rüstəmli
AzNews.az