Fuad Poladov xəstəxanadan evə buraxılıb

Xalq artisti Fuad Poladov xəstəxanadan evə buraxılıb. Bunu AzNews.az-a aktyorun özü bildirib.

"Allaha şükür, özümü çox yaxşı hiss edirəm. Ev şəraitində aparılan müalicə prosesi başa çatıb. Daha rahat şəkildə qaldığım yerdən davam edə bilərəm. Teatrda məşqlərim var, bu gündən etibarən səhnədə olmalıyam".

Xatırladaq ki, xalq artisti Fuad Poladov böyrək ağrılarından əziyyət çəkirdi.

Bahar Rüstəmli
AzNews.az