- Köhnə - Mədəniyyət
- 12 Mart 2013 11:33
- 3 070
“Sənət - perspektivi olmayan bir işə çevrilib”
Teatrlar İttifaqının sədri Azərpaşa Nemətov Azərbaycan teatrının bugünkü durumunu normal qiymətləndirib. Bəs, aktyorlar necə, rejissorun fikri ilə nə dərəcədə razıdır?
Bakı Bələdiyyə Teatrının aktyoru, əməkdar artist Aydın Əliyev AzNews.az-a açıqlamasında bildirdi ki, sənət perspektivi olmayan bir şeyə çevrilib: "Biz sənətçilər teatr çıxarmağa çalışırıq. Guya işlə, sənətlə məşğuluq. Sonra da car çəkirik ki, maaşlarımız azdır, nə bilim nə. İşimizin keyfiyyəti kimi də qiyməti var. Sənət - perspektivi olmayan bir işə çevrilib".
Bahar Rüstəmli
AzNews.az