Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Türkiyənin məşhur mügənnisi və aktyoru Emrah Erdoğanın ssenari müəllifliyi və rejissorluq etdiyi “Gəlməyən bahar” filminin qalasında iştirak və çıxış edib. Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Türkiyənin məşhur mügənnisi və aktyoru Emrah Erdoğanın ssenari müəllifliyi və rejissorluq etdiyi “Gəlməyən bahar” filminin qalasında iştirak və çıxış edib.

Neftlə çəkilmış portret hədiyyə edildi

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Türkiyənin məşhur mügənnisi və aktyoru Emrah Erdoğanın ssenari müəllifliyi və rejissorluq etdiyi “Gəlməyən bahar” filminin qalasında iştirak və çıxış edib.


Azxeber-də verilən məlumata görə, `Öz vətəninizə xoş gəlmisiniz", - deyərək qonaqlara müraciət edən millət vəkili Qənirə Paşayeva filmin Azərbaycanda ilk Türkiyə filmi qalası olduğunu xatırladaraq bundan hər bir azərbaycanlının məmnuniyyət duyduğunu və bu cür qalaların bundan sonra daha çox olacağına inandığını dedi.

Görüşdə yaradıcı heyətə belə bir vacib və əhəmiyyətli mövzu ilə bağlı film ərsəyə gətirdiklərinə görə dərin təşəkkürünü bildirən Qənirə Paşayeva "bu filmin qalasında çıxış etməyimin və təşəkkür etməyimin səbəbi təkcə filmin yaradıcı heyətində dəyərli dostlarımızın olması deyil, əsas səbəb filmin özü və onun cəmiyyətə verdiyi mesajdır. Mən bir qadın olaraq, qadın millət vəkili olaraq bu cür filmlərin çəkilməsinin və sayının artmasını çox istəyirəm. Millət vəkili Qənirə Paşayeva bu filmin insanlığa bir mesaj göndərdiyini söylədi : "Bu film qadınlara qarşı zorakılığa YOX deyirik! çağırışıdır. Artıq yetər cağırışıdır. Törə cinayətləri, erkən nigahlar, məcburi evliliklər, ailədaxili zorakılığa ictimai laqeyidliyə son verək cağırışıdır. Daha duyarlı olaq cağırışıdır. Nə qədər ölümə məhkum edilən BAHARLAR olub və bu gün də var. Bu film Baharları qurban etməyək deyə cəmiyyətə ciddi mesaj verir. Qadın hüquqlarını qorumaq, zorakılığa qarşı mübarizə aparmaq hər bir insanın borcudur. Mən bu mövzuya müraciəti kişilər edəndə daha çox sevinirəm. Çünki bu çox vacib və əhəmiyyətlidir. Onların bu mövzuda öz səslərini ucaltması çox önəmlidir və mən məhz buna görə dəyərli qardaşımız Emrah bəy başda olmaqla filmin bütün heyətinə təşəkkür edirəm." Qalada millət vəkili Musa Qasımlı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayeva, modelyer Gülnarə Xəlilova, Türkiyənin Azərbaycandakı səfirliyinin rəsmiləri də iştirak ediblər. Millət vəkili Qənirə Paşayeva bildirib ki, qadınların məişət zorakılığı da daxil olmaqla məruz qaldığı bütün növ zorakılıqlara qarşı mübarizə daha da artmalıdır, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq. Bu mövzuda bu cür filmlərin çəkilməsini təqdirəlayiq bir hal olduğunu deyən millət vəkili Qənirə Paşayeva: "Ailələrimizdə böyüyən uşaqlar bu ruhda tərbiyə edilməlidir. Uşaqlarımız qadına qarşı zorakılıq ən böyük insan haqları pozuntusudur deyə tərbiyə edilməlidir. Kişilər öz ailələrindən, evlərindən başlamalıdır bu nəcib işə – həyat yoldaşlarına qarşı bu cür hallara yol verməməklə… Biz hamımız öz ətrafımızdan başlamalıyıq. Ailələrdən başlamalıyıq… Biz ətrafımızda baş verən bu cür mənfi hallara qarşı laqeyid və duyarsız olmamalıyıq və hər yerdə bu kimi hallara qarşı öz münasibətimizi bildirməliyik", – deyə millət vəkili qeyd edib. Sözlərini bitirdikdən sonra Q.Paşayeva rəssam Sabir Çopurovun neftlə çəkdiyi "Qarabağ atları" tablosunu və modelyer Gülnarə Xəlilovanın hazırladığı əl işini Əmrah bəyə təqdim etdi.

Q.Paşayeva bu rəsmin nadir oluğunu nəzərə çatdırıb: "Sabir bəy neftlə rəsm çəkən yeganə rəssamdır. Bu portretdə isə "Qarabağ atları" təsvir edilib. Gün o gün olsun ki, Qarabağa birgə gedək və siz bu atları orada canlı görəsiniz".

Sonra mikrafona yaxınlaşan Əmrah sevincli olduğunu gizlətməyib: "Azərbaycanlı tamaşaçılar qarşısında həyəcanlanmıram. Buradakı ab-hava mənə çox doğmadır. Burada çox sevildiyimi hər zaman bilmişəm və bu istəyi qəlbimdə daşıyıram, sizin sevginizi bilmək məni xoşbəxt edir. Hər kəs məni müğənni və aktyor kimi tanıyıb. İndi isə sevənlərimin qarşısına rejissor Emrah Erdoğan kimi çıxdım. Güman edirəm ki, sizin inamlarınızı yanıltmamışam".
Özünü doğma evində hiss etdiyini bildirən müğənni-aktyor Emrah Erdoğan rejissor və ssenari müəllifi kimi ilk işini Bakıda da təqdim etməyindən məmnun olduğunu və filmlə bağlı deyilən bütün xoş sözlərə öz təşəkkürünü bildirdi: "Bilmirəm nə qədər bəyəndiniz, ancaq bu gün Qala gecədə yanımda olduğunuz üçün hər birinizə təşəkkürümü bildirirəm."

AzNews.az