Əsgər ölümləri haqda film çəkildi - Video

"Onlar yoxdur" - martın 24-də, gecə saatlarında sosial şəbəkələrdə yayılan filmin adı belədir. Filmdə son zamanlar Azərbaycanda çoxalan müəmmalı əsgər ölümlərindən söz açılır.

Filmi Youtube-da bir neçə saat ərzində 5 mindən çox insan izləyib.

Filmin ssenaristi Aynur Zərintac AzadlıqRadiosuna müsahibəsində deyib ki, filmi Media Hüquqları Mərkəzi İctimai Birliyinin layihəsi olan FreeSpace.az maliyyələdirib:

"Filmin büdcəsi üçün o qədər də çox pul lazım olmadı – 200 dollar vəsait ayrıldı. Ondan cəmi 20 manat xərcləməklə filmi çəkə bildik. Gələcəkdə də qısa filmlər çəkməyi düşünürük".

Filmi təqdim edirik: