Gənc Tamaşaçılar “müharibə”yə hazırlaşır

Gənc Tamaşaçılar Teatrı premyeraya hazırlaşır. Bu dəfə teatr İsveç dramaturqu Lars Norenin “Müharibə” əsəri əsasında hazırlanan tamaşanı təqdim edəcək.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, musiqisi İradə Muradovadır. "Müharibə" tamaşasında Qurban İsmayılov, Kəmalə Hüseynova, Rasim Cəfər, Nigar Məmmədova, Roza İbadova və başqa aktyorlar rol alıb.

Tamaşa aprelin 13-də təqdim olunacaq.

Bahar Rüstəmli
AzNews.az