İkinci yarımfinalın iştirakçıları arasında Norveç təmsilçisi Marqaret Berger liderdir İkinci yarımfinalın iştirakçıları arasında Norveç təmsilçisi Marqaret Berger liderdir

Fərid Məmmədov ikincidir

İkinci yarımfinalın iştirakçıları arasında Norveç təmsilçisi Marqaret Berger liderdir



"Eurovision-2013" mahnı müsabiqəsinin Mətbuat Mərkəzində ən yaxşı ifaçıların müəyyən edilməsi ilə bağlı fanatlar və jurnalistlər arasında səsvermənin nəticələrinə əsasən ikinci yarımfinalın iştirakçıları arasında Azərbaycan iştirakçısı ikinci yerdə qərarlaşıb. İkinci yarımfinalın iştirakçıları arasında isə hələlik 133 səslə Norveç təmsilçisi Marqaret Berger liderdir. Üçüncü yerdə isə 123 səslə Yunanıstanın "Koza Mostra" qrupudur.

AzərTAc-ın İsveçə ezam olunmuş müxbiri xəbər verir ki, birinci yarımfinalın iştirakçıları arasında Danimarka təmsilçisi olan 19 yaşlı gənc müğənni Emmelie de Forest 137 səslə birinci yerdədir.

Mətbuat Mərkəzində fanklubun üzvləri və jurnalistlər arasında təşkil olunmuş səsvermənin nəticələrinə görə, birinci yarımfinalın iştirakçıları arasında ikinci yerdə 132 səslə Rusiya, üçüncü yerdə isə 115 səslə Niderland Krallığıdır.

AzNews.az