“Orta əsrlər tarixi”ndəki bütün xəritələrdə səhvlər var “Orta əsrlər tarixi”ndəki bütün xəritələrdə səhvlər var

Tarix dərsliyində tarixi səhvlər – BİABIRÇILIQ

“Orta əsrlər tarixi”ndəki bütün xəritələrdə səhvlər var



Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün "Orta əsrlər tarixi" dərsliyinin müzakirəsi keçirilib. Canlı yayımlanan müzakirələrdə dərsliyin ilk 16 paraqrafı ilə bağlı müəllimlərin rəy və təklifləri dinlənilib.

AzNews.az xəbər verir ki, müzakirə iştirakçıları əsasən dərsliyin həcmi, mövzuların çətin təqdimatı ilə bağlı müəlliflərə iradlarını bildiriblər. Həmçinin qeyd olunub ki, dərslikdəki bütün xəritələrdə səhvlər var.
263 saylı məktəbin tarix müəllimi Təranə Babayeva müzakirə zamanı İran mövzusuna toxunaraq mövzuda bəzi yanlışlıqların olduğunu bildirib. Müəllim qeyd edib ki, Azərbaycanın xəritədə Sasani dövlətini rəngində göstərilməsi Albaniyanın müstəqilliyini şübhə altına alır.

Dərslikdə türk tarixinin geniş yer tutması və çətinliyi ilə bağlı bəzi müəllimlərin səsləndirdiyi fikirlərə də müzakirələr zamanı müzakirə mövzusu olub. T. Babayeva müəllimlərin türk tarixini çətin adlandırması ilə bağlı fikirlərinə belə münasibət bildirib: "Orta və yaşlı nəsil nə orta məktəbdə, nə də ali məktəbdə türk tarixini öyrənib. Ona görə də müəllimlər üçün bu, çətindir. Çünki Avropa tarixi qədər yaxşı bilmədiklərinə görə tədris edə bilmirlər. Ancaq mən elə düşünürəm ki, türk tarixini dərslikdən nəinki çıxarmaq, hətta daha yaxşı öyrənmək lazımdır".


Elnarə Əlosmanqızı
AzNews.az