"Rusiya Azərbaycanın səs verdiyi ölkələr arasında ilk onluğa belə düşməyib" "Rusiya Azərbaycanın səs verdiyi ölkələr arasında ilk onluğa belə düşməyib"

“Eurovision“ təşkilatçılarından daha bir ifşaedici məlumat

"Rusiya Azərbaycanın səs verdiyi ölkələr arasında ilk onluğa belə düşməyib"




Azərbaycanın "Avroviziya" musiqi yarışmasında Rusiyaya xal verməməsi bu ölkənin kütləvi informasiya vasitələrinin əsas mövzularndan biri olaraq qalır.

Rusiyanın informasiya agentlikləri Avropa Yayım Şurasına və "Eurivision" Təşkilat Komitəsinə sorğular göndərir və məsələyə aydınlıq gətirməyə çalışırlar.

Teleqraf.az Rusiya mətbuatına istinadən xəbər verir ki, belə sorğulardan birini də RİA Novosti agentliyi göndərib. Sorğuya cavab olaraq bildirilib ki, Azərbaycanın Rusiyaya 10 bal verdiyinə dair bəyanatların heç bir əsası yoxdur. "Azərbaycanda SMS səsverməsi və münsiflərin səsinin hesablanması nəticəsində məlum olur ki, Rusiya Azərbaycanın səs verdiyi ölkələr arasında ilk onluğa belə düşməyib. Bu nəticəni səsləri hesablayan Digeme şirkəti və PwC-dən olan müstəqil müşahidəçilər notarial qaydada təsdiq ediblər" – "Avroviziya" yarışmasının Təşkilat Komitəsindən verilən cavabda belə deyilir.

Təşkilat Komitəsi müsabiqənin nəticələrinin siyasi vasitələrlə dəyişdirməyə yönəlmiş cəhdləri də pisləyib.

AzNews.az