“Kişilər həqiqi dostluğu bacarmırlar“- Nigar Camal

Gənc müğənni, “Evrovision – 2011”in qalibi Nigar Camal “Nargis” jurnalının “Söhbət rubrikasında qonaq olub və qadın - kişi arasındakı dostluqdan danışıb.


Müğənni müsahibəsində bildirib ki, bu məsələdə çox şey qadın və kişinin özündən asılıdır: "Elə insanlar var ki, dəqiq baryerlər qoymağı bacarırlar. Mənim fikrimcə kişilər həqiqi dostluğu bacarmırlar. Əgər qadın cəlbedicidirsə, gec-tez ona qarşı hissləri özünü göstərəcək. Burada çox şey qadının müdrikliyindən və kişinin tərbiyəsindən asılıdır.

Məsələn, Eldar mənim sözsüz inandığım və etibar etdiyim insandır. Səhnədə biz cütlük obrazını yaradırıq, lakin həyatda əsl dostuq. Bu dostluq heç bir zaman digər hissə çevrilməyəcək. Mən bunu dəqiq bilirəm. Biz sanki dost olaraq yaranmışıq. Çox şeyi bölüşürük, hətta şəkillərdə də görünür ki, biz daim pıçıldaşırıq. Əgər mənim problemim varsa, özümü pis hiss edirəmsə, bilirəm ki, Eldara zəng etmək olar və o mənə yaxşı məsləhət verəcək.

Nigar Camal dostluq etdiyin şəxsin gözlənilmədən sevgi etirafı etməsinə də münasibətini bildirib: "Mənim üçün bu xəyanətə yaxın bir şeydir. Sən insanı dost kimi qəbul etmisən, sənə münasibətlərinizdə hər şey aydın idi və birdən belə xoşagəlməz sürpriz...

İyirmi yaşında səni böyük yaşlı kişilər cəlb edir, istəyirsən ağıllı, güclü və təcrübəli olsun. Lakin otuzdan sonra hər şey əksinədir. Qadınları daha çox gənc kişilər cəlb edir, çünki onlarla maraqlıdır, onlar daha az zəhlətökən olurlar və təzyiq etməyə çalışmırlar".

AzNews.az