“Ola bilməz ki, Azərbaycanda rusiyalı müğənniyə səs verən olmasın“

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Avropa Yayım Birliyinin "Evrovision-2013" müsabiqəsi ilə bağlı son bəyanatına münasibət bildirib.

Azərbaycan tərəfinin səslərin yoxa çıxması ilə bağlı verdiyi açıqlamadan sonra Yayım Birliyinin "siyasi təzyiq yolverilməzdir" bəyanatı verməsi səfiri daha da qəzəbləndirib:

"Heç bir siyasi təzyiqdən söhbət gedə bilməz. Məhkəmə qərarına uyğun olaraq bizim hər üç provayder öz faktlarını açıqladılar. Onlar qeydə alınıblar. Bax, siz özünüz də inanmırsınız ki, Rusiyadan heç kim Belarusa bir bal belə verməyib. Mən yaradıcı insan olaraq sizə deyə bilərəm ki, ola bilməz ki, Azərbaycanda rusiyalı müğənniyə səs verən olmasın. Bizim ümumi mədəni köklərimiz var. Azərbaycanda çoxları bundan narahat oldu. Bu ən qapalı müsabiqədir, məlum deyil, kim nəyə səs verir...Deyirlər bir neçə peşakar jüri var. Niyə görə gizlətmək lazımdır ki, Rusiyada, Belarusda münsiflər kimlərdir (red- Rusiya münsiflərim kimliyini açıqlayıb).

Onlar nəyi gizlədirlər, "KQB"-dilər yoxsa? Qoy desinlər, nə qədər insan səs verib. İnsanlara izah etsinlər ki, efirə gedən ballar nə əsasında formalaşır. Bir şeyi qeyd etmək istəyirəm. Hər zəng puldur. Nədən bir zəng 1,5 dollar etməldir? Azərbaycan Dinaya 2000-dən çox səs verib. Bu pullar, səslər hara gedib? Qoy Avropa Yayım Birliyi cavab versin!

Elə təəssürat var ki, onlar orada sözləşirlərlər. Bu il mən sənə, sonra sən mənə. Müsabiqənin kriteriyaları aydın deyil. Kökündən yanlışdır, bir neçə münsif müzakirə edir və onlar da gizli saxlanılırlar. Qoy mətbəxi açsınlar!

Biz istəyirik ki, Rusiya ictimaiyyəti bilsin, bu ya texniki uğursuzluqdur, ya da adi təxribatdır. Böyük əksəriyyət üçün müsabiqə ümumiyyətlə qeyri-ciddidir. Ora getməyi dayandıracaqlar. Türkiyə artıq imtina edib və düzgün də edib".//qafqazinfo//

AzNews.az