Avropa Yayım birliyi: “Azərbaycan Rusiyaya heç bir səs verməyib“ - Video

Azərbaycan Rusiyaya səs verməyib. Bu barədə ANS-ə Avropa Yayım Birliyinin əməkdaşı Yarmo Siim bildirib. O, müsabiqənin siyasətləşdirilməməsinin tərəfdarı olduğunu və nəticələrin dəyişdirilməyəcəyini deyib.

AYB-nin əməkdaşı Yarmo Siim: "Burada heç bir səhv olmayıb. Heç bir təhqiqat olmayacaq. Münsiflərlə tamaşaçıların birgə səsverməsinə əsasən, Azərbaycan Rusiyaya heç bir səs verməyib. Bu nəticə həm Norveç, həm də bizim tərəfdaşlarımız olan Digame və PWC-dən olan müstəqil müşahidəçilər tərəfindən hesablandıqdan sonra yerindəcə notarial qaydada təsdiq olunub. Bizim onlara inanmamaq üçün heç bir səbəbimiz yoxdur. Bu son nəticələrdir".

Müsabiqədə 2-ci yer tutan iştirakçı Fərid Məmmədov Azərbaycandan Rusiyaya səs verməməsinə inanmadığını və rusiya nümayəndələrinin müsabiqədən sonra da ona münsibətinin dəyişmədiyini deyib: "Eşitdim. Təbii ki, pis oldum. Amma yəqin ki, bunun da bir həlli tapılar".

Azərbaycandan Rusiyaya səslərin verilməsi zamanı hesablamanın nəticəsində Rusiyaya 0 bal verilməsinə Azərbaycanda ən böyük mobil operatorlardan biri olar Azərsel şirkətindən də açıqlama gəlib. Şirkətin prezidenti səslərin sayımında iştirak etmədiklərini və səslərin alman şirkəti tərəfindən hesablandığını bildirib.

Azercell şirkətinin prezidenti, Kiril Qaburiç: "Bizim buna heç bir aiddiyətimiz yoxdur. Çünki, biz müştərilərimizdən səsləri alaraq dərhal onlayn rejimində göndəririk. Biz, belə demək olarsa, səslərin ötürülməisində texniki vasitəçiyik. Bütün səslər barədə məlumat həmin alman şirkətindədir. Onunla birinci il deyil ki əməkdaşlıq edirik və müqaviləmiz var. Biz heç vaxt səslərin sayılmasında iştirak etmirik".

Qeyd edək ki, Xarici İşlər Nazir Elmar Məmmədyarov Rusiyaya rəsmi səfər çərçivəsində həmkarı Serqey Lavrovla keçirdiyi mətbuat konfransında qalmaqla aydınlıq gətirilməsi üçün məhkəmənin müvafiq qərarına əsasən məlumatları təqdim ediblər. Nazirin sözlərinə görə ən böyük operator olan "Azercell" şirkətinin məlumatına əsasən, 1-ci yeri Ukrayna (7893), 2-ci yeri Rusiya (1677), sonrakı yerləri Malta, Belarus, Gürcüstan və başqa ölkələr tutub. "Bakcell"-in təqdim etdiyi məlumatlara görə, 1-ci yeri Ukrayna (408), 2-ci yeri Rusiya (380), "Narmobile" şirkətinin məlumatlarına görə isə 1-ci yeri Ukrayna (193), 2-ci Rusiya (112) tutub. Nazir hər üç operatorun məlumatına müvafiq olaraq, azərbaycanlı tamaşaçısının Rusiyanı ikinci yerə layiq gördüyünü deyib. Hər iki tərəf belə bir razılaşma əldə ediblər ki, Azərbaycanın İctimai Televiziyası hüquqi yollarla məsələyə aydınlıq gətirəndən sonra tərəflər gələcəkdə hansı müvafiq addımların atılmalı olduğuna qərar verəcəklər.

Xatırladaq ki, qonşu Türkiyə "Eurovision" mahnı müsabiqəsində iştirakdan imtina edib. Onlar bildiriblər ki, AYB-nin bir neçə iştirakçı ölkəyə xüsusi münasibət bəsləməsindən sonra bu addımı atıblar.//anspress//



AzNews.az