“Avroviziya” musiqi yarışmasında Azərbaycanı təmsil edərək ikinci yerin sahibi olan Fərid Məmmədov Türkiyə mətbuatına müsahibə verib “Avroviziya” musiqi yarışmasında Azərbaycanı təmsil edərək ikinci yerin sahibi olan Fərid Məmmədov Türkiyə mətbuatına müsahibə verib

Fərid Məmmədov Azərbaycan-Rusiya qalmaqalından danışdı

“Avroviziya” musiqi yarışmasında Azərbaycanı təmsil edərək ikinci yerin sahibi olan Fərid Məmmədov Türkiyə mətbuatına müsahibə verib




Müsahibəsində Türkiyənin yarışmaya qatılmamasından üzüldüyünü deyən müğənni "Buna görə də Türkiyə bayrağını orada dalğalandırmağı özümə borc bildim" deyə vurğulayıb.

Bir sıra tədbirlərdə iştirak etmək üçün İstanbula gedən F. Məmmədov "Cihan" xəbər agentliyinə müsahibəsində Azərbaycana ikinciliyi qazandırdığı üçün xoşbəxt olduğunu deyib.

Azərbaycanla Rusiya arasında "Avrovizya" ilə bağlı yaranan qalmaqala da münasibət bildirən F. Məmmədov "Fikrimi burada söyləyə bilmərəm, çünki bununla bağlı heç nə bilmirəm. Mənim üçün də sürpriz oldu. Azərbaycandan Rusiyaya heç bir xal getmədiyini zənn etmirəm" deyə qeyd edib.

Türk müğənnilərindən Tarkanı çox sevdiyini deyən F. Məmmədov "Tarkan Türkiyəni bütün dünyaya tanıtdı. Mən də çox çalışıb gözəl işlərə imza atacağam. Azərbaycanlı sənətçi olaraq bütün dünyada tanınmaq istəyirəm" deyə vurğulayıb.

Elnarə
AzNews.az