“BİR GÜN AYB-dən SATDIĞI OBYEKTLƏRİN SAYINI SORUŞACAQLAR” “BİR GÜN AYB-dən SATDIĞI OBYEKTLƏRİN SAYINI SORUŞACAQLAR”

Fikrət Qocaya qarşı şok İTTİHAMLAR

“BİR GÜN AYB-dən SATDIĞI OBYEKTLƏRİN SAYINI SORUŞACAQLAR”




Yazıçılar arasında yeni qalmaqal yaranıb. Belə ki, AYB-nin birinci katibi Fikrət Qocanın aşağıdakı açıqlaması ona qarşı hücumlara səbəb olub:

"Burda hamı oturub şeirini yazır. Nə zaman şikayət olur, onu aradan qaldırmağa çalışırıq. Mən olmasam işlər görülə bilməz".

AzNews.az-a məsələ ilə bağlı fikrini bölüşən yazar Şərif Ağayar çox sərt danışaraq, şairə ironiya edib: "Fikrət Qoca hələ ölməyib? Mən elə bildirdim o çoxdan ölüb. Çox sevinərəm ki, AYB-nn gördüyü yarıtmaz işlərinin hamısını Fikrət Qoca görmüş olsun, başqaları gözümüzdən düşməsin. O deyir ki, AYB-nin problemlərini həll edir. Hə, düz deyir. Yazıçılara verilən evdən biznesmen oğluna evi ola-ola təzədən bir ev də Fikrət Qoca verib. Oğlu da açıqlama verib ki, sağ olsunlar, amma mənim bu evə ehtiyacım yox idi. Fikrət Qoca oturduğu kresloda işləri belə həll edir. Əgər həqiqətən də ölməyibsə, bir gün ondan vaxtı ilə Azərbaycan Yazıçılar Birliyinin balansında olan və sonralar varlı,pullu şirkətlərə, təşkilatlara satılan obyektlərinin sayını soruşacaqlar. Gözdən pərdə asmasın, ayıbdır. Qoca kişidir, gedib tövbə edib, namaz qılsın".

Bahar Rüstəmli
AzNews.az