Gənc Tamaşaçılar bölgələrə gedir

Gənc Tamaşaçılar Teatrı bölgələrə gedir. İyulun 1-dən 7-dək teatrın yaradıcı kollektivi Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Ağdaş, Ucar, Zərdab, Ağcabədi, Saatlı, Sabirabad və İmişli rayonlarında olacaq.

Teatrdan bildirilən məlumata görə, səfər ərəfəsində heyət tamaşaçılar qarşısında M.F.Axundzadənin "Hekayəti- xırs quldurbasan" komediyası ilə çıxış edəcək.

Tamaşada əməkdar artistlər Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Qurban İsmayılov, Nofəl Vəliyev, Vahid Əliyev, Şövqi Hüseynov, aktyorlar Asya Atakişiyeva, Elnur Kərimov və başqaları oynayacaq.

Bahar Rüstəmli
AzNews.az