Anar Yusifoğlu Anar Yusifoğlu

Anar Yusifoğludan yeni şeir

Anar Yusifoğlu



Mənim məzarımda sahibsiz çiçək,

Sığmısan daşımın kölgəsinəmi?

Tək-tənha gəlmisən məzarım üstə

Mənim kədərimə üşümürsənmi?

Küləklər qəbrimi xaraba qoyub

Başdaşım yellənir məzarım üstə

Bu tənha məzarın adı da ağır...

Bu tənha məzarın qulağı səsdə

Quşların şən səsi-civiltisinə

Bir doğma adamın isti səsinə

Bir sığal istəyir, adi bir sığal...

kulis.az