Aqil Abbasın “Dolu” filmi Macarıstanda

Aqil Abbasın "Dolu" romanı əsasında çəkilmiş eyniadlı film Budapeştdə nümayiş olunub.

AzNews.az-ın məlumatına görə, tədbirdə Azərbaycanın Macarıstandakı səfiiri Vilayət Quliyev çıxış edib. O, çıxışında Dağlıq Qarabağ münaqişəsi, onun ölkəmizə vurduğu böyük maddi və mənəvi zərər, iyirmi ildən bəri işğal altında qalan Azərbaycan torpaqları, qaçqınlar problemindən danışıb.

Yazıçı Aqil Abbas son illər Azərbaycan kinosunun uğurlu nümunələrindən sayılan "Dolu" filmi üzərindəki yaradıcı proseslərdən söhbət açıb. Tədbirdə Macarıstan parlamentinin üzvləri, diplomatlar, media təmsilçiləri, yaradıcı adamlar, Azərbaycan diasporunun və macar ictimaiyyətinin nümayəndələri iştirak edib.

Bahar Rüstəmli
AzNews.az