Bakı Xoreoqrafiya Məktəbi bağlanır

Bakı Xoreoqrafiya Məktəbi bağlanmaq təhlükəsindədir.

Məlumata əsasən sözügedən məktəb təmir olunduğu üçün müvəqqəti fəaliyyətini dayandıracaq. Başqa bir məlumata görə isə, məktəbin binası bir tikinti şirkəti tərəfindən alınıb. Bu yaxınlarda binanın söküntüsünə başlanılacaq. Yeni dərs ilində Xoreoqrafiya məktəbi isə Opera və Balet Teatrının tebeliyinə veriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun AzNews.az-a açıqlamasında deyib ki, yalnız təmirə dayandırıla bilər: "Xoreoqrafiya məktəbi nə vaxtsa təmir olunacaq. Amma məktəbin bağlanması, sökülməsi kimi sözlər yalandır. Məktəbin təmir olunması işin xeyrinə ola bilər. Bu nə qədər tez olsa bir o qədər yaxşıdır."

Bahar Rüstəmli
AzNews.az