“Qaravəlli”nin premyerası olacaq

İrəvan Dövlət Azərbaycan Dram Teatrı premyeraya hazırlaşır.

Bu dəfə teatr xalq yazıçısı Anarın "Qaravəlli" əsəri əsasında hazırlanmış eyniadlı tamaşasını təqdim edəcək.

Qeyd edək ki, bu səhnə əsərinə gənc rejissor Anar Məmmədov quruluş verib. Teatrdan bildirilən məlumata görə, tamaşa yeni mövsümdə teatrsevərlərin ixtiyarında olacaq.

Bahar Rüstəmli
AzNews.az