Gülüstan sarayı YUNESKO siyahısında - FOTO

YUNESKO-nun Ümumdünya İrsi Siyahısına 19 yeni maddi irsi daxil edilib.

APA-nın məlumatına görə, siyahıya 14 mədəni və 5 təbiət obyekti salınıb. Onların sırasında Tehranda Qacar sülaləsinə məxsus Gülüstan sarayı, Almaniyada Vilhelmsxyoe Dağlıq parkı, Mariya Mediçinin Toskanadakı bağ və villaları, Ukraynanın qədim Xersones şəhəri, Şimali Koreyadakı Keson şəhəri də var.

Qeyd edək ki, Gülüstan sarayı Tehranın ən qədim tikililərindən biridir. 1779-cu ildə hakimiyyətə gələn bu sülalənin iqamətgahı həmin sarayda yerləşib.

AzNews.az