Amerika Birləşmiş Ştatlarının Filligar rok qrupunun üzvləri Şəkidə səfərdədirlər Amerika Birləşmiş Ştatlarının Filligar rok qrupunun üzvləri Şəkidə səfərdədirlər

“Azərbaycan musiqisindən hipnoz olacaq dərəcədə zövq alıram“

Amerika Birləşmiş Ştatlarının Filligar rok qrupunun üzvləri Şəkidə səfərdədirlər





4 nəfərdən ibarət Amerika Birləşmiş Ştatlarının məşhur rok qrupu Filligar konsertdən öncə Kanal-S-in qonağı olub. Kanalla tanış olan qonaqlara burada yaradılan şərait və imkanlar barədə geniş məlumat verilib.

Kanalda ən son texnologiyalardan isitifadə olunduğu qonaqların diqqətinə çatdırılıb. Kanalda yeni mövsümdən daha böyük dəyişikliklərin olacağı qrup üzvlərinə bildirilib. Onlar da öz növbələrində Şəkinin təbiətinə və insanlarının qonaqpərvərliyinə heyran
qaldıqlarını bildiriblər.

Daha sonra Kanal S rəhbərliyi tərəfindən qonaqlara hədiyyələr təqdim edilib. Həmçinin qonaqlar Azərbaycan musiqisi və əsasən də muğamdan çox xoşlandıqlarını deyiblər. Onlar muğamın rokdan fərqli olaraq çox axıcı olduğunu bildiriblər.

Daha sonra amerikalı musiqiçilər Şəki Xan Sarayında olublar. Tarixi abidə ilə tanış olan qonaqlara bu binanın tarixi və özəllikləri barədə məlumat verilib. Qonaqlar bu unikal sənət əsərinə heyran olduqlarını gizlətməyiblər.

Qrupun Azərbaycana gəlişini təşkil edən ABŞ-ın azərbaycandakı səfərliyinin ictimai əlaqələr şöbəsinin rəhbəri Viktoriya Sluan isə bu cür silsilə tədbirlərin gələcəkdə də davam edəcəyini bildirib.

Viktoriya Sluan həmçinin bu yaxınlarda Azərbaycanı tərk edəcəyini, ancaq buraya hər səfər səyahətə gələcəyini də deyib.

Qrupun Şəkiyə səfərində məqsəd Şəkidə açılışı olacaq İpək yolu festivalı çərçivəsində konsert proqramı ilə çıxış etməkdir.//milli.az//


AzNews.az