Aydın Mirzəzadə, Aşıq Əhliman və Namizəd Səfərov danışır

AzNews.az "Məşhurların oxuduğu kitab" layihəsini davam etdirir.


Layihənin budəfəki qonaqları millət vəkili Aydın Mirzazadə, Aşıq Əhliman və Hüqüq müdafiəçisi Namizəd Səfərovdur.

"Ermənilər barədə də xeyli ifşaedici fikirlər var"


Millət vəkili Aydın Mirzazadənin sözlərinə görə, sonucu dəfə A.Kasparinin "Покоренный Кавказ" kitabını oxuyub: "Bu günlərdə A.Kasparinin 1904-cü ildə Sankt-Peterburqda çap edilmiş "Покоренный Кавказ" kitabını oxudum. Kitabda Rusiyanın Qafqazı işğalı ilə bağlı maraqlı məlumatlar var. Kitab həm həmin dövrü təsvir edir, həm də Rusiyanın siyasətini açır. Ermənilər barədə də xeyli ifşaedici fikirlər var".

Aşığın hər gün oxuduğu dastanları


Aşıq Əhliman "Azərbaycan xalq dastanları"ndan söz açdı: "Mən elə bir gün olmaz ki, "Azərbaycan xalq dastanları"ndan nəsə oxumayam. Bundan başqa isə dəyərli ustadlarımızın və qiymətli şeirlərini oxuyuram. Hazırda "Əsli və Kərəm", "Əlixan və Pəri" dastanı, Aşıq Ələsgərin Şəmkirli Aşıq Hüseynovla görüşü və deyişməsi var, onları oxuyuram".

Hüquq müdafiəçisi Yunan tarixi oxuyur


Hüquq müdafiəçisi Namizəd Səfərov Qədim Yunanıstan Ədəbiyyatı tarixini oxuduğunu dedi: "Daha çox elmi-texniki kitablar oxuyuram. Sonuncu kitab, Qədim Yunanıstan ədəbiyyatı tarixi kitabı olub.

Maraqlıdır ki, bu əsərlər vaxtı ilə həmçinin də səhnəyə qoyulub, oynanılıb, xor ifası ilə müşayiət olunub. Bu əsərlər tarixi vəsatirlərlə (mifologiya) zəngindir və məntiq elmindən geniş istifadə olunmaqla yazılıb".

Bahar Rüstəmli
AzNews.az